Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən regioninfo-ya verilən məlumata görə, monitorinqdə idarə üzrə 7163 şagird iştirak edib.

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Mayın 18-19-da keçirilən monitorinqlərdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub.

Paylaş:
Yuxarı