Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalında Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 məktəbli medal əldə edib.
Bu barədə regioninfo-ya idarədən məlumat verilib.
Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, regional idarə üzrə 4 şagird gümüş və 3 şagird bürünc medal qazanıb.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində regionun məktəbləri üzrə 55 şagird iştirak edib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.