Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Regioninfo-nun verdiyi məlumata görə hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini Həsən Əsgərli idarə etdiyi “Nissan QASHQAİ” markalı avtomobillə hərəkətdə olarkən, yol kənarında hərəkətsiz halda dayanan iki minik maşınına çırpılıb və yolun hərəkət hissəsində aşıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə qəzaya H. Əsgərlinin idarə etdiyi avtomobilin qarşısna piyadanın çıxaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.