Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan Qısamüddətli təlim qrupunun yaradılması layihəsi çərçivəsində təlimlər keçirilib.
Təlimlər Zaqatala rayonu Danaçı kənd 1 nömrəli tam orta məktəbində baş tutub.
Təlimlər sinfin idarə olunması; sinfin tərtibatı – guşələrlə iş; inklüziv təhsillə bağlı ilkin məlumatlar; incəsənət terapiyası; ilkin İT
bacarıqları; ilk tibbi yardım; məşğələlərin təşkili; yaş psixologiyası və valideynlərlə əməkdaşlıq mövzularında keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Danaçı kənd körpələr evi-uşaq bağçasının nəzdində 2 qısamüddətli təlim qruplarının yaradılması ilə kənddə yaşayan və bağçada boş yer olmadığı üçün məktəbəqədər təhsilə qatılmayan 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmalarını təmin edilməsinə dəstək olunmaqdan ibarətdir.