Biləsuvarda qarğıdalı sahələri iki dəfə artıb

Biləsuvarda qarğıdalı sahələri iki dəfə artıb.

“Report”un Muğan bürosunun məlumatına görə, bu il yazlıq əkin dövründə 500 hektara yaxın, təkrar əkin dövründə 800 hektar sahədə bu məhsulun əkini planlaşdırılır.

Fermerlərin sözlərinə görə, bu bitkinin əkininə üstünlük vermələrinin səbəbi məhsuldar olması, həmçinin sərfəli qiymətə alınmasıdır.

Son illər taxıl biçinindən sonra təkrar silosluq qarğıdalı əkilir ki, bu da heyvandarlığın inkişafı üçün çox vacibdir.

Qeyd edək ki, ötən il Biləsuvar rayonunda yazlıq əkin dövründə 244 hektar sahədə, təkrar əkin dövründə isə 780 hektar sahədə qarğıdalı yetişdirilib.

Paylaş:
Yuxarı