Salyanda keçmiş baş həkim və arvadı qətlə yetirilib

Salyanda ər və arvad qətlə yetirilib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvəri yaşadıqları evdə qətlə yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub.

Paylaş:
Yuxarı