Cəlilabad rayonunda 101 yaşlı seçici prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
Regioninfo-nun məlumatına görə, Cəlilabadın Seyidbazar kəndində yaşayan 1923-cü il təvəllüdlü Həcər Rüstəmovanın evinə daşınan seçki qutusu aparılıb və yaşlı seçici səs verib.
H. Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsində qeydiyyatdadır.
Qeyd edək ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 51 min 348 nəfər seçici var. Seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 2740 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 14 məntəqədə veb-kamera quraşdırılıb.