Biləsuvar şəhərində və iki kəndində elektrik xətləri yenilənir

Biləsuvar şəhəri ərazisində və iki kənddə elektrik xətləri yenilənir.

Regioninfo-nun məlumatına görə, artıq şəhər ərazisində yerləşən 11 nömrəli xətdə SİP kabelləşmə işləri başa çatmaq üzrədir.

Həmçinin 6 nömrəli xəttin əhatə etdiyi Biləsuvar şəhərinin Təyyarə meydanı, Promxor adlanan ərazilərində, eyni zamanda Aşağı Cürəli və Əsgərabad kəndlərində də işləri aparılır.

İşlər yekunlaşdıqdan sözügedən ərazilər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Qeyd edək ki, Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik xətləri yararsız vəziyyətdə olduğu üçün, tez-tez enerjinin verilişində problemlər yaranırdı.

Paylaş:
Yuxarı