“Gənclər, kəndimizə gələcək qurun!” layihəsi uğurla başa çatıb

“Gənclər, kəndimizə gələcək qurun!” adlı layihə çərçivəsində təşkil olunan silsilə təlimlər uğurla yekunlaşıb.

Layihə müddətində Beyləqan rayonu Şahsevən kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən təlimlər vasitəsilə gənclərin şəxsi və sosial bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması və gələcək fəaliyyətlərə hazırlanması istiqamətində mühüm işlər həyata keçirilib. Təlimlər liderlik və komanda işi, emosional zəka və psixoloji dəstək, ictimai çıxış və debat bacarıqları, rəqəmsal savadlılıq və media istifadəsi, eləcə də ingilis dili bacarıqlarının inkişafı kimi əsas istiqamətləri əhatə edib.
Layihə çərçivəsində Şahsevən kəndində fəaliyyət göstərən 1, 2, 3 və II kənd tam orta ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri arasından seçilmiş ümumilikdə 60 nəfər iştirakçı təlimlərə cəlb olunub. İştirakçılar proqram müddətində həm nəzəri biliklər əldə etmiş, həm də praktiki tapşırıqlar vasitəsilə bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Qeyd edək ki, layihə Beyləqan rayonu Şahsevən kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində Zaur Qədirov tərəfindən icra olunub, təlimlər isə Gülnarə Məmmədova tərəfindən həyata keçirilib. Layihənin əsas məqsədi gənclərin liderlik, komanda işi, emosional zəka və ingilis dili üzrə ünsiyyət bacarıqlarını inkişaf etdirməklə onları beynəlxalq ünsiyyət mühitinə uyğun natiqlik və debat bacarıqları ilə təmin etmək olub.
Paylaş:
Yuxarı