Biləsuvarda ağır yol qəzası olub, 3 nəfər yaralanıb – FOTO

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı “Ford” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı