Cəlilabadda bir sıra sahələrdə artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında əhaliyə 32462,2 min manatlıq və ya 2024-cü ilin yanvar-mart aylarına nisbətən 4,7 faiz çox ödənişli xidmətlər göstərilmişdir. 2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 3877,5 min manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox
olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə ödənişli xidmətlər 3,3 faiz, məişət xidmətləri 2,7 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər 5,0 faiz, məişət xidmətləri isə 3,6 faiz artmışdır. Ümumi dövriyyənin 2952,2 min manatını və ya 9,1 faizini dövlət mülkiyyəti təşkil
etmişdir.
2025-ci ilin yanvar-mart aylarında iaşə dövriyyəsinin həcmi 3328,5 min manat təşkil etmişdir ki, bu da 2024-cü ilin yanvar-mart aylarına nisbətən 11,4 faiz çox olmuşdur.
İaşə dövriyyəsinin 539,2 min manatı hüquqi şəxslərin, 2789,3 min manatı isə fiziki şəxslərin payına düşmüşdür. Hüquqi şəxslər üzrə iaşə dövriyyəsi 8,9 faiz, fiziki şəxslər üzrə isə 11,9 faiz artmışdır. Ümumi dövriyyənin 0,6 min manatını və ya 0,02 faizini dövlət mülkiyyəti təşkil
etmişdir.