Cəlilabadda əhalinin sayında artım olub

Cəlilabadda əhalinin sayında artım olub.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında mövcud əhalinin sayı artaraq 01.04.2025-ci il tarixinə 219,4 min nəfərə çatmış, ötən ilin eyni dövrünə nisbətən 1,8 min nəfər və yaxud 0,8 faiz çox olmuşdur. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 152,4 nəfər olmuşdur.

Ümumi əhalinin 26,7 faizini və ya 58,6 min nəfərini şəhər, 73,3 faizini və ya 160,8 min nəfərini kənd sakinləri, 51,2 faizini və ya 112,3 min nəfərini kişilər, 48,8 faizini və ya 107,1 min nəfərini qadınlar təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarında təbii artım 2024-cü ilin yanvar-mart aylarına nisbətən 216 nəfər az olmuşdur.

2025-ci ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 466 doğulan körpə qeydə alınmış və ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 3,3-dən 2,1-ə düşmüşdür.

2025 ci ilin yanvar-mart aylarında rayonda 210 ölüm halı qeydə alınmış və 2024- cü ilin yanvar-mart ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 1,2-dən 1,0-a düşmüşdür.

2025-ci ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 54 nikah, 37 boşanma halları qeydə alınmış və ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 1,0-dan 0,2-yə, boşanmaların sayı isə 0,3-dən 0,2-yə düşmüşdür.

Paylaş:
Yuxarı