Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Biləsuvar rayonunda vətəndaş qəbulu keçirəcək.
6 may 2025-ci il tarixində saat 15:00-da Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Biləsuvar rayonunda qeydiyyatda olan vətəndaşlar qəbul ediləcək.
Qəbulda iştirak etmək istəyən şəxslər 04 may 2025-ci il tarixində saat 23:00-dək qeydiyyat linkinə daxil olmaqla və ya qaynar xətt nömrəsinə (146-0-9) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://docs.google.com/…/1FAIpQLSd12hfpLqvTvL…/viewform