İmişlidə üç nəfər dəm qazından boğularaq ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib – YENİLƏNİB-2- VİDEO

İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub. 

Regioninfo-nun məlumatına görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Azadova Mehriban İdris qızı, onun övladları 2021-ci təvəllüdlü Azadov M.V. və eyni təvəllüdlü Azadova F.V. ölüb.

Qonşular tərəfindən aşkarlanan 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların “Ceyran peçi”nin dəm qazından zəhərləndiyi güman edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

23:20

İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub. 

Regioninfo-nun məlumatına görə, TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib.

1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, yaralı ailə başçısı Vasif Azadovdur.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

22:53

İmişli rayonunda bədbəxt hadisə baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı