Biləsuvarda marketdə yanğın olub

Biləsuvar rayonunda marketdə yanğın olub.

Regioninfo FHN-ə istinadən xəbər verir ki, rayonun Xırmandalı kəndində ümumi sahəsi 180 m² olan marketin tavanından keçən elektrik kabeli 1 paq.m yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 3 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
Yuxarı