Biləsuvar rayonunda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.
Regioninfo-nun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində növbəti profilaktik tədbirlər keçirilib.
Tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan müxtəlif markalı 15 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.