Şirvan və Hacıqabul müəllimləri ilə görüş keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov təhsilverənlərin sertifikatlaşdırılma prosesində iştirak edəcək Şirvan şəhəri və Hacıqabul rayonunun riyaziyyat və xarici dil müəllimləri ilə görüş keçirib.
Görüşdə sertifikatlaşdırılma prosesi ilə bağlı görülən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb, müəllimlərə uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məktəblərdə aparılan inspeksiyanın nəticələrinə əsasən, Şirvan şəhərindəki 6 tam orta ümumtəhsil məktəbinin rəhbər heyəti ilə görüş təşkil edilib.
Görüşdə, monitorinqin nəticələri müzakirə olunub, məktəbin təlim nailiyyətlərinin yüksəldilməsi və idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Vüqar Dadaşov qeyd edib ki, məktəblərdə aparılan inspeksiya, inkişaf tendensiyasını izləmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Paylaş:
Yuxarı