Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Regioninfo-nun məlumatına görə, onlar 1973-cü il təvəllüdlü Sabahəddin Abbasov, 1982-ci il təvəllüdlü Təbriz Əliyev, 1984-cü il təvəllüdlü Ramil Turabov, 1968-ci il təvəllüdlü Şücaət Quliyev və 1985-ci il təvəllüdlü Fəzail Abbasovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Report”un Muğan bürosunun sorğusuna TƏBİB-dən verilən cavabda bildirilib ki, fevralın 6-da 13:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (5 kişi, 1 qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Regioninfo-nun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2115” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.