Voleybol üzrə region birinciliyinin qalibləri mükafatlandırılıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasında “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr edilmiş voleybol üzrə region birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov qalibləri təbrik edib, onlara müvafiq yerlərə uyğun diplomlar təqdim edib.
Qeyd edək ki, voleybol üzrə turnirdə 5 komanda iştirak edib. Şirvan şəhəri üzrə təhsil sektorunun komandası I (birinci), Neftçala rayonu üzrə Təhsil sektorunun komandası II (ikinci), Biləsuvar rayonu üzrə Təhsil sektorunun komandası III (üçüncü) yerə layiq görülüblər.
Qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.
Paylaş: