“İnteraktiv rəqəmsal tədris platformalarının dərsə inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib

Şirvan şəhərində “İnteraktiv rəqəmsal tədris platformalarının dərsə inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində layihə rəhbəri, idarə heyəti üzvləri, müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.
Bildirilib ki, layihənin icrası zamanı Şirvan şəhərində yerləşən məktəblərdən 30 müəllimin seçiləcək, seçilmiş müəllimlərə “Kahoot” “Quizlet” və “Pear Deck” platformalarından istifadə və interaktiv tədris metodları ilə bağlı ümumilikdə 10 günlük intensiv təlimlər keçiriləcək, müəllimlər rəqəmsal alətlərdən istifadə etməklə interaktiv tədris proqramları hazırlayacaq və dərsləri yeni proqramla həyata keçirəcək, təlimdə iştirak edən yeni rəqəmsal müəllimlərin regiondakı digər məktəb müəllimləri üçün bu təlimi davam etdirəcək və müəllimlərə mentorluq edəcəklər.
Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
Paylaş: