Makronun “Amerika” arzusu puç oldu – Dünya yeni mərhələyə keçdi – MÖVQE

ABŞ-da növbəti prezident seçkilərinin başa çatması ilə tək amerikalılar deyil, elə geniş dünya ictimaiyyəti də bir növ dərindən nəfəs almış oldu. Yəni, təkcə ABŞ-da deyil, elə dünyanın əksər ölkələrində insanlar çox zəngin demokratik ənənələrə malik olan belə bir nəhəng ölkəni planetin bir nömrəli şər yuvasına çevirməkdə olan Bayden administrasiyasının sonunu səbirsizliklə gözləməkdə idi.

Dünyada elə bir narahatlıq ocağı yoxdur ki, orada Amerika dövlətçiliyinin üz qarası olan bu “ana şeytanın” – Bayden administrasiyasının barmağı olmasın. Dəhşətə bir baxın, özünü idarə edə bilməyən, vaxtaşırı gah büdrəyən, gah yıxılan, ətrafdıkıları unudaraq boş fəzaya, quru divarlara müraciətlər edən birisi dörd il ərzində dünyanın ən nəhəng və hər cəhətdən qüdrətli dövlətinə başçılıq edib. Amma nə də başçılıq etdi!!! Kaş heç olmamış olaydı!!!

Görünür, 2020-ci ilin noyabrında o, hakimiyyətə gələndə ABŞ-da küçə və meydanlara çıxaraq etirazlarını bildirən, Kapitoliyə yürüş edən insanlar lap yaxın gələcəkdə bu bivec “lider”in rəhbərliyilə həm ABŞ-da, həm də dünyada nə kimi fəlakətlər baş verəcəyini sanki irəlicədən təxmin ediblərmiş.

Demokratların dörd illik uğursuz hakimiyyəti sübut etdi ki, bəli, 2020-ci illin noyabrında ABŞ tarixində ilk dəfə olaraq insanların seçkilərin nəticələrinə bu dərəcədə emosional şəkildə etiraz etmələri səbəbsiz deyilmiş! Beləliklə o zaman həmin hadisələri respublikaçıların prezidentliyə namizədi Donald Trampın adı ilə bağlayanlar da günaha batmış oldular.

Dörd il ərzində görün neçə dəfə ən yüksək səviyyədə Baydenə qarşı impiçment cəhdləri oldu?! Bütün bunlar onun göstəricisi di ki, Baydenin prezidentliyi amerikalıları heç bir halda qane etmirdi. O və başçılıq etdiyi administrasiya isə tənqid və etirazlara qisasla cavab vermək yolu tutdu. ABŞ iqtisadiyyatı heç zaman olmadığı dərəcədə itkilərə məruz qaldı. Siyasi rəqibi Tramp əsassız olaraq uzun-uzadı məhkəmə araşdırmalarına cəlb olundu. Bayden hökuməti Rusiya-Ukrayna müharibəsinin uzanması və daha da alovlanması, Yaxın Şərqdə sabitliyin pozulması, beynəlxalq güclərin heç zaman olmadığı tərzdə kəskin qarşıdurmasının yaranması üçün nələr etmədi?!

O, Makronla, digər şeytan xisləti tərəfdaşları ilə səs-səsə verərək uzun fasilədən, çoxsaylı itki və məhrumiyyətlərdən sonra Cənubi Qafqazda formalaşmaqda olan kövrək sabitliyi pozmaq yolunda çox baş sındırdı. O, heç zaman olmayan “erməni soyqırımı”nı rəsmən tanıyan ABŞ prezidenti kimi də tarixin qara siyahısına düşmüş oldu.

Belə bir məşhur atalar məsəli var: kəndir nə qədər uzun olsa da, sonda gəlib doğanaqdan keçəcək. Elə Bayden və onun qeyri-peşəkar, bəlkə də daha çox fitnəkar əhatəsi üçün də kəndirin doğanaqdan keçmək məqamı gəlib çatdı. Artıq hesab vermək zamanıdır. Nə tökmüsünüz qabınıza, o da çıxacaq qaşığınıza!

Dünyada hər kəs çox yaxşı bilir ki, hər cür kaprizlərinə baxmayaraq Donald Tramp böyük siyasətçi olmazdan daha əvvəl həm də qətiyyətli və nüfuzlu bir şəxsiyyətdir! Onun özünə məxsus müstəqil düşüncə və baxışları var. O, Baydendən fərqli olaraq idarə olunan yox, idarə etməyi sevən, bu dəst-xəttə üstünlük verən bir siyasətçidir. Hansı ki, Bayden barədə bu sözləri deməyə heç kəsin dili gəlməz.

Mən Baydenin səriştəsiz rəhbər olduğu barədə əvvəllər də  mətbuatda bir neçə dəfə tənqidi yazılarla çıxış etmişəm. Yazılarımdan birinin adı belə idi: Bayden yıxıldı! Bu dəfəki seçkilərdə isə o həmişəlik yıxıldı! Özü də çox pis yıxıldı. Bəli, bir daha dura bilməyəcək dərəcədə pis yıxıldı!

Görün, bu adam nə dərəcədə təsadüfi bir siyasətçidir ki, ölkəsində və ölkədən kənarda, hətta müttəfiqləri və tərəfdaşları içərisində artıq heç bir nüfuzu qalmadığı bir vaxta yenidən prezidentliyə namizədliyini verdi, seçki marafonunun ən qızğın çağında isə artıq bəndi suya verdiyini dərk edərək öz namizədliyini geri götürməli oldu: O onda belə anlamışdı ki, özünün reytinqi bərbad olduğu halda onun prezidentliyə namizədliyini irəli sürdüyü vitse-prezidenti seçkilərdə heç bir halda uğur qazana bilməz! Halbuki lap irəlicədən bu hər kəs tərəfindən proqnozlaşdırılmaqda idi.

Bizim tərəflərdə bostanı qurd-quşdan qorumaq məqsədilə ağacdan olan şaxa paltar geyindirərək, başına papaq qoyaraq, əlinə də çubuq-tüfəng verərək onu sahənin görünən yerində yerləşdirirdilər. Bostana hücum çəkən qurd-quş da elə bilirdi ki, yaxın gəlsələr, “sahə qarovulçusu” əlindəki “tüfənglə” onlara atəş açacaq. Amma bir müddət keçdikdən sonra qurd-quş da anlayır ki, bostandakı real qaravolçu yox, sadəcə insanların uydurduğu yalançı bir müqəvvadır.

Məncə ABŞ-ın 46-cı prezidenti Bayden də bizim həmin yalançı sahə qarovulçularımız kimi cansız bir müqqəva idi. Nə yazıq ki, dünyanın bir sıra siyasi liderləri Baydenin ABŞ hərbi-sənaye kompleksinin hakimiyyət başına gətirdiyi ovuq-müqəvva bir “bostan qarovulçusu” olduğunu sonadək anlaya bilmədilər, onun və mürtəce komandasının fitinə getməklə dünyanı qarşıdurmaqda arzuolunmaz pay sahilinə çevrilmiş oldular. Budur, artıq “bostan”ın yeni və mən deyərdim əsil sahibi gəlib. Baxaq, görək qurd-quş indi nə edəcək, necə davranacaq?!

Paylaş: