69 saylı Biləsuvar seçki dairəsi üzrə 410 nəfər ilk dəfə səs verəcək

69 saylı Biləsuvar seçki dairəsi üzrə 410 nəfər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərdə ilk dəfə səs verəcək.

Regioninfo-nun məlumatına görə, 53 580 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 46 seçki məntəqəsi mövcuddur.

69 saylı Biləsuvar seçki dairəsi üzrə 8 namizəd qeydə alınıb. Onlardan 4-ü partiya tərəfindən, digər 4-ü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Dairə üzrə 10 məntəqədə veb kameralar quraşdırılıb.

Paylaş: