I yarımillikdə təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub

2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7050 təbii və texnogen mənşəli hadisə baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 26 hadisə və ya 1% çoxdur:

“Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 212 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 100 nəfər xilas edilib, 565 nəfər təxliyə olunub”.

Paylaş: