“Problem yoxdur” sənədli filminin təqdimatı Gəncədə

Gəncə şəhərində, Ganja Mall Cinema Plus kinoteatrında “Fərəh” SİB-in təşkilatçılığı ilə inklüziv cəmiyyətin inkişafına töhfə olan “Problem yoxdur” sənədli filmi   ” nümayiş edildi.

“Regionpress.az” xəbər verir ki, tədbir dövlət himninin səsləndilrilməsi başlayıb. Pedaqoq Aygün Qasımova və “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin  inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Tədbirin ilk təşkilatçıları İlhamə Axundova, Məcid Məcidli və Zivər Xanlarovanın olduğu vurğulanıb.

Təqdimatda inklüziv təhsil mütəxəssisi Z. Xanlarova çıxışında təhsildə və cəmiyyətdə inklüzivliyin inkişafı üçün 2018-2024 cü illər ərzində Dövlət Proqramının təsdiq edilməsini diqqətə çatdırıb. O inklüzivliyin əsas mahiyyətinin milli-mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yad olmadığını söyləyib: “Bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var. Bu baxımdan Elçin Ağazadənin indiyə kimi fiziki məhdudiyyəti olan istedadlılara aid çəkdiyi sosial çarxlar, autizmli uşaqlara həsr etdiyi və Amerikanın Florida ştatında “Ən yaxşı sosial film” nominasiyası üzrə qalib olmuş “Uğur böcəyi” sosial filmi olduqca təqdirəlayiqdir. O, istedadlı rejissorun şəhidlər və qazilər üçün çəkdiyi sənədli filmlər, şəhid övladlarından ibarət “Zəfər sədası” klipi, milli dəyərlərlə yanaşı “Cənnət ətri” və “Başqa həyat” kimi mənəvi dəyərləri də aşılayan sənədli filmlərinin nümunə olduğunu misal çəkərək onun yaradıcılığının, fəaliyyətinin bu baxımdan çox təqdirəlayiq olduğunu bildirib.

Sonra “Fərəh” SİB-in təsisçisi, inklüziv sahə üzrə beynəlxalq təlimçi İlqar Hümbətov çıxışında İnklüziv cəmiyyətin hər kəs üçün faydalarını və üstünlüklərini vurğulayıb.
Bundan əlavə ziyalı ədəbiyyatsevər Əsgər Məmmədov N.Gəncəvi və digər klassiklərimizin şeirlərindən statlar gətirərək dahi şəxsiyyətlərimizin Azərbaycan xalqının yüksək mənəviyyatını nümunə gətirib.
Daha sonra tədbirlərimizə dəstək olan “Azestetik” şirkətinin rəhbəri Fariz Məmmədova təşəkkür edildikdən sonra film nümayiş olunub.
Filmin nümayişindən sonra  pedaqoq, sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və Gəncə Dövlət Universitetinin baş müəllimi, əlilliyi olan tələbələr üçün mərkəzin  rəhbəri, İnklüziv təhsil üzrə təlimçi Lamiyə Hacımuradova film haqqında öz gözəl təəssüratlarını paylaşıblar.
Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.
Filmin qəhrəmanı Alik Cəfərovun və anasının səhnəyə gəlişi böyük sevgi və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, rejissor Elçin Ağazadənin ekranlaşdırdığı, əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edən filmin ilk təqdimat tədbiri Bakıda 04.08. 2024 tarixdə Nizami Kino Mərkəzində iştirakçılar tərəfindən böyük coşquyla qarşılanmışdır.

Paylaş: