Cəlilabadda qonaq qaldığı evdən oğurluq edən şəxs saxlanılıb

Cəlilabad rayonunda qonaq qaldığı evdən 3 min 500 manat dəyərində zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Regioninfo-nun məlumatına görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki evlərdən birindən 3 min 500 manat dəyərində zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər məhkum olunmuş Şakir Vəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: