Qısamüddətli təlim qrupunun yaradılması layihəsinin icrası uğurla davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan Zaqatala rayonu Danaçı kənd 1 nömrəli tam orta məktəbinin Qısamüddətli təlim qrupunun yaradılması layihəsinin icrası uğurla davam edir.
Layihənin icra planına uyğun olaraq təlim qruplarında olan uşaqların inkişaf tempi izlənilir.
Həmçinin uşaqların inkişaf tempini ölçmək üçün sorğular doldurulacaqdır. Yekunda müqayisəli cədvəl və təhlil ilə uşaqların inkişaf yolu barədə məlumat veriləcəkdir.
Qeyd edək ki, layihənin əsas məqsədi Danaçı kənd körpələr evi-uşaq bağçasının nəzdində 2 qısamüddətli təlim qruplarının yaradılması ilə kənddə yaşayan və bağçada boş yer olmadığı üçün məktəbəqədər təhsilə qatılmayan 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmalarını təmin edilməsinə dəstək olunmaqdan ibarətdir.
Paylaş: