Astarada torpaq sürüşməsi baş verib, 10 – a yaxın ev üçün təhlükəli vəziyyət yaranıb – FOTO

Yağışların normadan artıq düşməsi Astarada sürüşmə zonalarını aktivləşdirib.

Regioninfo-nun verdiyi məlumata görə son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması, Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib. Rayonun Şiyəkəran kəndində, Məscid məhəllə deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə 3 – 5 metr cərgədə əkilən sitrus və digər meyvə ağaclar, torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb. Onlar bildirir ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb.

Artıq aidiyyatı orqanların nümayəndələri əraziyə baxış keçiriblər. Astara suvarma sistemləri idarəsinin baş mühəndisi Fərid Yusubov APA – ya bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq oldu. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək. “Sözügedən əraziyə Azərbaycan Su Ehtiyatları Agentliyinin və layihə insitutunun nümayəndələri baxış keçirtmişdir. İlkin olaraq, şəkillər və kordinatlar götürülmüşdür. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcəkdir. Ümumiyyətlə həmin ərazidə 650 paqonametr sahil mühafizə bəndlərinin tikintisi planlaşdırılmışdır”.

Paylaş: