Cəlilabadda mağazada yanğın baş verib, bütün təsərrüfat malları yanaraq kül olub – FOTO

Cəlilabad rayonunda təsərrüfat malları mağazası yanıb.

Regioninfo-nun məlumatına görə, hadisə yayonun H. Əliyev prospektində yerləşən Qurban Qurbanlıya məxsus mağazada qeydə alınıb.

Beləki, elektrik qısa qapanmasından başlandığı ehtimal edilən yanğın obyektin bütün ərzisini bürüyüb. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunsada, 100 kvadratmetrlik daxili hissədə olan bütün mallar yanaraq məhv olub.

Həmçinin yanğın hadisəsi zamanı eləcədə tikilinin bütün yanar konstruksiyaları sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: