Elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib

Aprelin 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Biləsuvar rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub.

Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Paylaş: