“Məktəbəqədər təhsil qrupunun yaradılması” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan “Məktəbəqədər təhsil qrupunun yaradılması” layihəsi çərçivəsində təlimlər yekunlaşıb.
Təlimlər Şirvan şəhər 12 nömrəli tam orta məktəbində baş tutub.
Belə ki, təlimlər 1-5 yaşlı uşaqların yaş psixologiyası, məktəbəqədər təhsil kurikulumun əsasları, inkişaf sahələri, məzmun standartları, uşaqlarda inkişaf dövrü, uşaq inkişafında oyun və fəaliyyətinin rolu, guşələrlə iş, uşaq davranışları və müşahidə olunan problemlər kimi mövzuları əhatə edib.
Qeyd edək ki, layihənin əsas məqsədi Şirvan şəhər 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında mövcud boş otaqda qısamüddətli məktəbəqədər təhsil qruplarının yaradılması ilə bağçanın əhatəliliyin genişləndirilməsinə dəstək olmaqdır.
Paylaş: