Mübariz liseyinin şagirdi vəfat edib

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi Nuray Əmirli vəfat edib.

Bu barədə Regioninfo-ya liseydən məlumat verilib.

“Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Zəka qızı Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, – məlumatda bildirilib.

 

Paylaş:
Yuxarı