“Educare – təhsildə qayğı və maarifləndirmə” layihəsinin növbəti mərhələsi icra edilib

“Educare – təhsildə qayğı və maarifləndirmə” layihəsinin növbəti mərhələsi icra olunub.
Layihənin icrasına uyğun olaraq psixotrop maddələrdən suistifadə, məktəbə davamiyyət və tədrisdən yayınan şagirdlərin cəlbi, təhsildə yanğın təhlükəsizliyi, məktəbdə effektiv bir yanğın mühafizəçisi və ya yanğın marşalı necə olmalıdır, piylənmə ilə əlaqəli maarifləndirmə, məktəblərdə valideyn məsuliyyəti, məktəb gəzintiləri üçün risk qiymətləndirmələri, epilepsiya, autizm və disleksiya mövzuları tərcümə olunub. Həmin mövzular üzrə videomühazirələrdən 10 təlim kursu hazırlanıb və hazırlanan kurslar onlayn platformaya yerləşdirilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd “Educare” platformasından 10 kursun tərcümə edilməsi, kursların onlayn platformaya yerləşdirilməsi ilə məktəblərdə psixo-sosial, emosional durumun yaxşılaşdırılmasına, təhsilalanların fiziki-psixoloji zorakılıqdan və qısnamadan qorunmasının təmin olunması işinə dəstək verməkdir.
Paylaş: