Biləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən və xəsarət alan var

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, onların  qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş: