Biləsuvar RPŞ-nin yeni rəis müavini təyin olunub

Biləsuvar Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.

Regioninfo-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Mustafayev Biləsuvar RPŞ-nin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E. Mustafayev bundan əvvəldə həmin şöbədə çalışıb.

Paylaş:
Yuxarı