“Pantomim buketi” tamaşası nümayiş olunub

Biləsuvar şəhər Gənclər Evində Azərbaycan Dövlət Pantomima Teatrının hazırladığı “Pantomim buketi” adlı tamaşası nümayiş olunub.
Tamaşada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Tamaşa teatrsevərlər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Sonda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov teatrın kollektivi ilə görüşərək onlara uğurlar arzulayıb və xatirə şəkli çəkdirib.
Paylaş:
Yuxarı