Astarada Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikahlara yox deyək!” mövzusunda Şahağacı kəndində məktəblilərlə görüş təşkil olunub.
Çıxış edən Astara RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev, RİH başçısının müavini Firəngiz Sadıxova, Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov və digərləri bildiriblər ki, narkomaniya, narkotiklərin qanunsuz istehsalı və yayılması bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir. Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də artır və aktuallaşır. Tədbirdə həmçinin, erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.
Sonra müzakirə olunan mövzularla əlaqədar videoçarxlar tədbir iştirakçılarına nümayiş etdirilib, məktəblilərin sualları cavablandırılıb.