Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa edilib

Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa edilib.
Regioninfo xəbər verir ki, İmişli rayonunda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılmışdı.
Bununlada uşağın axtarışları Biləsuvar rayonunu ərazisində yekunlaşıb.
Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun batması ehtimal olunur.
Paylaş:
Yuxarı