SON XƏBƏR

Biləsuvar Təhsil Kompleksinin şagirdləri “Sabahın alimləri” müsabiqəsində qızıl medal qazanıblar

“Sabahın alimləri” XIV respublika layihə müsabiqəsində biləsuvarlı şagirdlər qızıl medalla təltif olunublar.

Regioninfo xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Leyla Əlizadə və Gülay Quluzadə müsabiqədə “Tibb və sağlamlıq” nominasiyası üzrə I yerə layiq görülərək qızıl medalla təltif olunublar.

Qeyd edək ki, “Sabahın alimləri” respublika müsabiqəsində qızıl medal qazanan 2 komanda ABŞ-da keçirilən “Regeneron ISEF” (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsinə vəsiqə qazanır.

Həmçinin əlavə edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 şagirdi də bürünc medal əldə edib.

Paylaş:
Yuxarı