İmişlidə ötən il yükdaşıma və sərnişindaşıma artıb.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2024-cü ildə İmişli rayonunda avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 6280,9 min manat dəyərində xidmət göstərilmişdir ki, onun da 33,5 faizi və ya 2101,3 min manatı yük daşınmasından, 66,5 faizi və ya 4179,6 min manatı isə sərnişin daşınmasından əldə olunmuşdur.
Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2024-cü ildə 1347,0 min ton yük daşınmış və əvvəlki illə müqayisədə 5,4 faiz çox olmuşdur.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması 2024-cü ildə əvvəlki illə müqayisədə 7,3 faiz artaraq 8152 min sərnişin təşkil etmişdir.
Sərnişin daşınmasının hamısı qeyri-dövlət sektorunun nəqliyyat vasitələri tərəfindən həyata keçirilmişdir.