SON XƏBƏR

Biləsuvarda “Təbiətin dostları – yaşıl dünyanın təşviqi” layihəsinin təlimləri keçirilib

Biləsuvar rayonunda “Təbiətin dostları – yaşıl dünyanın təşviqi” adlı layihənin təlimləri keçirilib. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin icra planına uyğun olaraq 6 mövzuda təlimlər baş tutub.
Bu təlimlər – klubun strukturu, fəaliyyət planının hazırlanması, bitkilərə aqortexniki qulluq qaydaları, ekoliji layihələrin hazırlanması və idarə olunması, ekoloji layihələrdə davamılığın təmin olunması və ekoliji təşəbbüslərin formalaşdırılması mövzuların əhatə edib.
Qeyd edək ki, layihənin məqsədi yaşıl dünyanın təşviqi ilə bağlı tədbirlərin təşkili ilə məktəblilərin ətraf mühitə qayğıkeş münasibətinin formalaşdırılmasına və məktəb ərazisində yaşıllıq zolağının çoxaldılmasına dəstək olmaqdır.
Xatırladaq ki, layihə Biləsuvar rayon Bəydili kənd R.Mikayılov adına tam orta məktəbdə Asiman Əliyev tərəfindən icra olunur.
Paylaş:
Yuxarı