Bayramdan sonra məktəblərdə tədrisin başlayacağı tarix açıqlanıb – RƏSMİ

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

Bu barədə regioninfo-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 2024-cü ilin 4 yanvar tarixləri müəyyən olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

Paylaş: