Finalçılar məlum oldu: “Qarabağ Azərbaycandır” məktəblilərarası bilik yarışının I turunun nəticələri elan olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Gülşən Axundzadənin rəhbəri olduğu “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin I turu yekunlaşıb. Layihənin icra planına uyğun olaraq Lənkəran rayonunun bütün istiqmətləri üzrə 5 mərkəzdə yarışlar təşkil olunub. Öncədən məlumat verildiyi kimi, hər bir ərazi üzrə yarışlara qatılan məktəblilər arasında nəticəsinə görə ilk 5 yeri qazanan şagirdlər Final mərhələsində iştirak hüququ əldə etmişdir. Hər bir ərazi üzrə “Qarabağ Azərbaycandır” məktəblilərarası bilik yarışının Final mərhələsinə vəsiqə qazanan məktəbliləri təqdim edirik.
“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi çərçivəsində I ərazi üzrə bilik yarışı 22.10.2023 tarixində həyata keçirilib. Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbində təşkil olunan yarışda Lənkəran şəhərinin ümumtəhsil müəssisələri, şəhərə yaxın yerləşən Sütəmurdov, Velədi, Şilavar və Digah kənd tam orta məktəblərinin şagirdləri mübarizə aparıb. 1-ci ərazi üzrə Finalçılar aşağıdakılardır:
1-ci yer – Orucov Şakir (Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya)
2-ci yer – Cabbarov Yusif (Lənkəran şəhəri H.Aslanov adına 3 nömrəli tam.o.m)
3-cü yer – Əzizbəyli Əli (Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam.o. m)
4-cü yer – Rəhimli Hamil (Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam.o. m)
5-ci yer – Mirzəyev Nihad (Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli hum. təm. m. l)

“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi çərçivəsində II ərazi üzrə bilik yarışı 05.11.2023 tarixində həyata keçirilib. Lənkəran rayonu Vilvan kənd tam orta məktəbində təşkil olunan yarışda Lənkəran rayonunun Girdəni, İstisu, Viravul (1 və 2 nömrəli), Vilvan, Separadi, Tükəvilə, Zövlə, Xarxatan, Cil, Şağlaser (ümumi və tam), Osaküçə, Tatova, Sinovli və s.kənd tam orta məktəblərinin şagirdləri mübarizə aparıb. 2-ci ərazi üzrə Finalçılar aşağıdakılardır:
1-ci yer – Nəhmətova Aytən (R.Ağayev adına Şağlaser kənd tam orta məktəbi)
2-ci yer – Hüseynov Mirnəcəf (R.Ağayev adına Şağlaser kənd tam orta məktəbi)
3-cü yer – Əkbərzadə Məhəmməd (R.İbadov adına Cil kənd tam orta məktəbi)
4-cü yer – Məmmədova Vəfa (R.Həsənov adına Viravul kənd 1 nömrəli tam o. m.)
5-ci yer – Nəsirov Məhəmməd (Sinovli kənd tam orta məktəbi)

“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi çərçivəsində III ərazi üzrə bilik yarışı 19.11.2023 tarixində həyata keçirilib. Lənkəran rayonu Səpnəkəran kənd tam orta məktəbində təşkil olunan Lənkəran rayonunun Gərmətük, Aşağı nüvədi, Kənarmeşə, Viyən, Xolmili, Şürük, Türkəkəran, Səpnəkəran, Şıxəkəran, Tütəpeştə, Yuxarı nüvədi, Hirkan, Parakənd, Mamusta, Daşdaleğjar, Xanbulan, Siyavar və s.ümumtəhsil müəssisələrinin şagirdləri mübarizə aparıb. 3-cü ərazi üzrə Finalçılar aşağıdakılardır:
1-ci yer – Hüseynova Günel (Xanbulan kənd tam orta məktəb)
2-ci yer – Sovqatova Emilya (Hirkan qəsəbə tam orta məktəb)
3-cü yer – Mirzəzadə Elxan (N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəb)
4-cü yer – Məmmədov Amin (Şürük kənd tam orta məktəb)
5-ci yer – Cəfərov Şahmirzə ( M.Fərzullayev adına Mamusta kənd tam orta məktəb)

“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi çərçivəsində IV ərazi üzrə bilik yarışı 03.12.2023 tarixində həyata keçirilib. Lənkəran rayonu Liman qəsəbə 1 nömrəli tam orta məktəbində təşkil olunan bilik yarışında Liman şəhər 1 nömrəli, Liman şəhər 2 nömrəli, Ürgə, Boladi 1 nömrəli, Boladi 2 nömrəli, Şirinsu, Qumbaşı, Üzümçülük, Göyşaban, Balıqçılar, Nərimandabad (kənd, qəsəbə) və s. ümumtəhsil müəssisələrinin şagirdləri mübarizə aparıb. 4-cü ərazi üzrə Finalçılar aşağıdakılardır:
1-ci yer – Mahmudov Məzail (Boladi kənd 2 nömrəli tam orta məktəb)
2-ci yer – Abdullayev Nihat (İ.Mahmudov adına Liman şəhər 1 nömrəli tam o. m.)
3-cü yer – Məhərrəmov Əlikamal (N.Axundov adına Boladi kənd 1 nömrəli tam o. m.)
4-cü yer – Məmmədov Elmir (N.Axundov adına Boladi kənd 1 nömrəli tam o. m.)
5-ci yer – Allahquliyev Asim (Qumbaşı kənd tam orta məktəbi)
5-ci yer – Abbaszadə Nərmin (E.Məmmədov adına Nərimanabad kənd tam.o.m.)

“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi çərçivəsində V ərazi üzrə bilik yarışı 17.12.2023 tarixində həyata keçirilib. Lənkəran rayonu Darquba kənd tam orta məktəbində təşkil olunan bilik yarışında Lənkəran rayonunun Kərgəlan, Qurunba, Rvo, Şovu, Haftoni, Ləj, Lüvəsər, Darquba, Şağlaküçə, Bəlləbur və s. ümumtəhsil müəssisələrinin şagirdləri mübarizə aparıb. 5-ci ərazi üzrə Finalçılar aşağıdakılardır:
1-ci yer – Rəhimli Ayna (N.Aslanov adına Ləj kənd tam orta məktəb)
2-ci yer – Zeynalov Cəmil (S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəb)
3-cü yer – Tağızadə Aysu (M.Cəbrayılov adına Şovu kənd tam orta məktəb)
4-cü yer – Rüstəmova Məleykə (N.Aslanov adına Ləj kənd tam orta məktəb)
5-ci yer – Əliyev Rəhim (S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəb)

Bilik yarışının hər bir iştirakçısı öz sual kitabçasını və nəticə kağızını Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbindən əldə edə bilər.

“Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin idarə heyəti adından bütün finalçıları təbrik edirik. Final mərhələsinin yarışı 14.01.2024 tarixində təşkil olunacaqdır. Final yarışında ilk 3 yeri qazanan məktəblilər və onların təmsil etdikləri ümumtəhsil müəssisələri kubok, medal və diplomlarla təltif olunacaqdır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsi 15.09.2023-15.02.2024 tarixlərində Lənkəran rayonunda icra olunur.

“Qarabağ Azərbaycandır!” məktəblilərarası
bilik yarışı layihəsinin mətbuat xidməti

Paylaş:
Yuxarı