Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında dağlıq ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən regioninfo-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
16:08
Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.
Regioninfo-nun xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.