Biləsuvar rayon Mərkəzi Xəstəxanasında Zəfər Günü ərəfəsində tədbir təşkil olunub

Tariximizin şanlı səhifəsi olan 8 noyabr – Zəfər Gününün üçüncü ildönümü ərəfəsində Biləsuvar rayon Mərkəzi Xəstəxanasında tədbir təşkil olunub.
Regioninfo xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədov bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə biz Vətən müharibəsində böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu. O, Vətən müharibəsi zamanı xalqımızın qazandığl böyük Qələbənin əhəmiyyətindən danışıb. Şəhidlərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
Digər çıxış edənlər də Vətən müharibəsi zamanı əsgər və zabitlərimizin böyük qəhrəmanlıq nümunəsi göstərdiklərini vurğulayıblar.
Paylaş:
Yuxarı