İmişlidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı