,,Riyaziyyat Marafonu-RFM hazırlıq qrupları,, layihəsinin icrası davam edir

,,Riyaziyyat Marafonu-RFM hazırlıq qrupları,, layihəsinin icrası davam edir.

Layihə çərçivəsində Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına yeddi nömrəli tam orta məktəbində təhsil alan və riyazi bacarıqları yüksək olan 6 və 7-ci sinif şagirdlərin RFM hazırlıq prosesi həyata keçirilmişdir. Şagirdlərin seçimi resipiyent, fənn müəllimləri və təlimçi tərəfindən aparılmışdır. Seçim zamanı şagirdlərin vaxt bölgüsünü necə dəyərləndirməsi və məntiqi bilikləri də nəzərə alınmışdır.Proqramın ilk günü şagirdlərə diaqnostik qiymətləndirmə aparılmış və plan-qrafik qurulmuşdur. Diaqnostik qiymətləndirmədən sonra şagirdlərə mövzular üzrə dərslər tədris edilməyə başlanmışdır. Şagirdlər hər birində 10 nəfər olmaqla iki qrupa bölünmüşdür. Dərslər hər həftə sonu hər qrupa 1 saat olmaqla saat 10:00-12:00 arası keçirilmişdir.

Proqram 4 Oktaybr 2025 tarixində başlamış və 1 Fevral 2026 tarixində yekunlaşmışdır. Hər qrup uzrə 34 saat olmaqla ümumilikdə 68 saat dərs tədris edilmişdir. Məşğələlər zamanı riyazi analiz və əməkdaşlıq bacarıqları inkişaf etmiş, məntiqi hesablama vərdişləri formalaşmışdır.

Paylaş:
Yuxarı