Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri – 1980-ci il təvəllüdlü Bədəlova Vüsalə Səməd qızı, 1972-ci il təvəllüdlü Bədəlov Rəfail Əvəz oğlu, 2002-ci il təvəllüdlü Bədəlov Həsən Rəfail oğlu, 1967-ci il təvəllüdlü Axundov Elşən Şəmsəddin oğlu və Cəbrayıl rayon sakini – 1959-cu il təvəllüdlü İsmayılov Füzuli Ramazan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı