Category: BÜTÜN XƏBƏRLƏR
Astanada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
Noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Bu barədə “Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir.
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı avtomobil yolunun Əliqasımlı və Bədirli kəndləri arasından keçən hissəsində qeydə alınıb. Traktorla “VAZ-2106” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində minik avtomobili yoldan çıxaraq əkin sahəsinə düşüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
ABŞ və İsveç arasında hərbi əməkdaşlıq sazişi üzrə danışıqlar başa çatıb
İsveç və ABŞ Birləşmiş Ştatlara İsveçdəki hərbi bazalara çıxış imkanı verən hərbi əməkdaşlıq sazişi (DCA, Defence Cooperation Agreement) üzrə danışıqları başa çatdırıblar. Bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb. “ABŞ ilə planlaşdırılan sonuncu danışıqlar sessiyası keçən həftə baş tutub. Danışıqlar çox yaxşı keçib və müzakirəyə açıq heç bir məsələ qalmayıb. Bu mənada demək olar ki,…