Cəlilabad rayonun ilk körpəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ -də dünyaya gəlib.
Regioninfo-nun məlumatına görə, 23 yaşlı Cəlilabad rayon sakini, Əzizə Səfərova 01.01.2024-cü il tarixində saat 04:00-da bir qız uşağı dünyaya gətirib. Körpənin boyu 47 sm, çəkisi 2 kq 640 qr olub.
Doğuş mama-ginekoloq Nailə Bayramova tərəfindən uğurla icra olunub.
Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.