Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Regioninfo-nun məlumatına görə, hadisə H. Əliyev seyrəngahında qeydə alınıb.
İlkin məlumata görə, yaranan mübahisə zamanı Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü N.Ş. bıçaq xəsarətləri alıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.